Mehriban Zəki fırıldağa məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Zəki fırıldağa məruz qaldı

Şou

26 Noyabr 2025 11:58 748


Xalq artisti Mehriban Zəki dələduzluqla qarşılaşıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat yayıb və “Kapital Bank” müştərilərini xəbərdar edib.

Onun sözlərinə görə, özünü bank əməkdaşı kimi təqdim edən bir şəxs ona zəng edərək kart məlumatlarını tələb edib: Sezar pizza

“Bu paylaşımı sensasiya yaratmaq üçün yox, daha çox ‘Kapital Bank’ müştərilərinin, xüsusilə məlumatı az olan pensiyaçıların diqqətinə çatdırmaq üçün edirəm. Bank işçisi olduğunu deyən birisi mənə zəng edib və kartın kodlarını istədi. Mən isə heç bir məlumat vermədim. Bu nömrələrdən gələn zənglərə qarşı hamı ehtiyatlı olsun. Bankın rəsmi əməkdaşlarına zəng edərək həmin nömrələri bildirdim. Onlar dedilər ki, müştəri ilə heç vaxt "WhatsApp" vasitəsilə əlaqə saxlamırlar. Hətta səs süni intellektlə dəyişdirilmişdi, elə bu anda dələduzluq olduğunu anladım”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!