Meksikada 138 meymun anomal istiyə görə ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Tabasko əyalətindəki “Usumacinta Biomüxtəlifliyin Qorunması təşkilatı” açıqlama yayıbb:
"Bölgədəki hədsiz isti meymunlara mənfi təsirlənib. Ölən meymunlar ağaclardan yıxılıb. Xilas edilən heyvanların bəziləri baytara aparılaraq müalicə olunub”. pizza mizza
Baytar Serxio Valenzuela günvurmaya məruz qalmış meymunların susuz qaldığını və vəziyyətlərinin ağır olduğunu bildirib.
Qeyd edək ki, mart ayından bəri Meksikada anomal istilərə ucbatından 26 nəfər insan da ölüb.
Şeyla Səmiyeva
Telegram kanalımız