Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 5 min 437 nəfər artaraq 196 min 847 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, məlumat Meksika Səhiyyə Nazirliyi tərəfindən yayılıb. Açıqlamaya əsasən, ölkədə 24 saatda 947 nəfər COVID-19 səbəbilə həyatını itirib. Ümumilikdə isə, bugünədək 24 min 324 ölüm hadisəsi qeydə alınıb.
Qeyd edək ki, virus daşıyıcılarından 149 min 318 nəfər müalicə alaraq sağalıb. pizza hut
Telegram kanalımız