Meksikada oğurlanan ABŞ vətəndaşlarından 2-si ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Meksikada oğurlanan ABŞ vətəndaşlarından 2-si ölü tapıldı

Maraqlı

08 Mart 2023 09:29 561


Meksikanın şimal-şərqindəki Tamaulipas ştatında yerləşən Matamoros şəhərində silahlı şəxslər tərəfindən qaçırılan ABŞ vətəndaşlarından 2-si öldürülüb. 

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. 

Tamaulipas ştatının qubernatoru Ameriko Villarreal ABŞ vətəndaşlarından daha 2-nin xilas edildiyini bildirib.  pizza hut

Qubernator sağ qalan ABŞ vətəndaşlarından birinin yaralı olduğunu qeyd edib. Məlumatlı mənbə mətbuata bildirib ki, sağ qalan kişi və qadın sağ-salamatdır və aidiyyəti orqanların nəzarəti altındadırlar. 

Meksika Prezidenti Andres Manuel Lopes Obrador adam oğurluğu ilə bağlı bir nəfərin həbsdə olduğunu bildirib. ABŞ mətbuatı qaçırılan şəxslərin adlarını açıqlayıb. 

ABŞ-ın Federal Təhqiqat Bürosu silahlı şəxslər tərəfindən qaçırılan amerikalıların ekstradisiyası və cinayətkarların həbsi üçün 50 min dollar mükafat vəd etmişdi. 

Adam oğurluqları və digər cinayət hadisələrinin tez-tez baş verdiyi Tamaulipas əyalətindəki Matamoros şəhəri ABŞ Dövlət Departamentinin Meksikaya səyahət məsləhətləri siyahısında "Səviyyə 4: Səyahət etməyin" kateqoriyasındadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!