Meksikada təbii fəlakət 27 can aldı

saytların hazırlanması

Evə çatdırılma

Meksikada təbii fəlakət 27 can aldı

Dünya

11 Oktyabr 2025 12:15 272


Meksikada güclü yağıntıların yaratdığı sel nəticıəsində 27 nəfər həlak olub.

Yenisabah.az xəbər verir ki, ölkənin 32 ştatından 31-də intensiv yağışlar müşahidə olunub. Çaylar daşaraq sel və torpaq sürüşməsi yaradıb, yaşayış məntəqələri su altında qalıb.

İdalqo ştatının mülki müdafiə rəsmiləri 16 nəfərin öldüyünü bildiriblər. Onların sözlərinə görə, azı min ev və yüzlərlə məktəbə zərər dəyib. Puebla ştatının qubernatoru Alexandro Armenta isə torpaq sürüşməsi nəticəsində ən azı 9 nəfərin öldüyünü, 5 nəfərin itkin düşdüyünü açıqlayıb. Dördpendirli pizza

Verakruz ştatında isə 2 nəfərin həyatını itirdiyi qeyd olunub. Meksika Müdafiə Nazirliyi sel bölgələrində vəziyyəti izləmək, xilasetmə və təmizlik işləri aparmaq üçün 5 min 400-dən çox əməkdaşını səfərbər edib.

Meksika prezidenti Klaudia Şeynbaum sosial media platforması "X"-də paylaşım edərək bildirib: “Xalqa dəstək olmaq, yolları açmaq və elektrik təchizatını bərpa etmək üçün çalışırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!