Meksikada təyyarə qəzası: Nazir müavini və anası öldü

saytların hazırlanması

Evə çatdırılma

Meksikada təyyarə qəzası: Nazir müavini və anası öldü

Dünya

28 Mart 2021 12:45 834


Meksikanın Sonora əyalətində içərisində 7 nəfər olan iki mühərrikli “Cessna” təyyarəsi qəzaya uğrayıb.

Yenisabah.az bildirir ki, bu barədə yerli “Jornada” qəzeti xəbər verib.

Hadisə dünən axşam baş verib. Yeddi nəfərin olduğu təyyarə Hermosillo şəhərindən Amerikanın Arizona ştatının Tukson şəhərinə uçurmuş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra düşüb. pizza

Baş prokurorluğun yaydığı məlumata görə, hadisə zamanı Sonoranın iqtisadi inkişaf nazirinin müavini və onun anası ölüb. Təyyarədəki bir nəfər qəzadan sağ çıxıb, hazırda tibbi yardım alır.

Prokurorluq hadisənin səbəblərini öyrənmək üçün istintaq aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!