Meksikada “TikTok” ulduzu canlı yayımda öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Meksikada “TikTok” ulduzu canlı yayımda öldürüldü

Dünya

14 May 2025 23:28 441


Meksikada "TikTok" platformasında makiyaj videoları ilə tanınan 23 yaşlı Valeria Markez canlı yayım zamanı silahlı hücuma məruz qalıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Zapopan şəhərindəki gözəllik salonunda baş verən hücum nəticəsində Markez həyatını itirib.

Halisko əyalət prokurorluğu ölümlə bağlı istintaqın başladığını açıqlayıb. Sezar pizza

Hadisə zamanı canlı yayımda arxa plandakı bir şəxsin Markezi gələnlər barədə xəbərdar etdiyi eşidilib. Hücumdan sonra naməlum şəxs telefonu götürərək yayımı dayandırıb.

Qeyd edək ki, "Instagram" və "TikTok"da bloqerin 200 minə yaxın izləyicisi var idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!