Meksikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq:   “Ayıq-sayıq olun”

saytların hazırlanması

Evə çatdırılma

Meksikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq: “Ayıq-sayıq olun”

Siyasət

23 Fevral 2026 09:21 406


Meksikada davam edən iğtişaşlarla bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib. 

“Yeni Sabah” xəbər verir ki, xəbərdarlığı Azərbaycanın Meksikadakı səfirliyi sosial şəbəkə hesabında yayıb. 

Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədə səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur. pizza sifarişi

“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirliyin Konsulluq şöbəsinin qaynar xətt nömrələri də paylaşılıb: +52 5511 907 092 // +52 5555 404 109.

Qeyd edək ki, Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – “Xalisko Yeni Nəsil” kartelinin “El Menço” ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!