Məktəb binasının çökməsi ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəb binasının çökməsi ilə bağlı cinayət işi açıldı

Maraqlı

10 Fevral 2023 12:34 761


Naxçıvan Muxtar Respublikasında məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə Yenisabah.az-a muxtar respublikanın prokurorluğundan məlumat verilib. 

Belə ki, Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.  Toyuqlu pizza

Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. 

Daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma materialı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öyrənilib və həmin qərar fevralın 8-də ləğv edilərək Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!