“Məktəb direktorları 100-150 minlik maşın sürür”

saytların hazırlanması

Evə çatdırılma

“Məktəb direktorları 100-150 minlik maşın sürür”

Sosial

13 May 2025 09:22 707


"Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin mötəbər bir tədbirində iştirak edirdik. Tədbir Fairmont Baku oteldə keçirilirdi. Ümumi müzakirələrdən sonra tədbir başa çatdı və parkingə endik. Bu zaman 4 məktəb direktoru (3 nəfər xanım, 1 nəfər bəy) dəyəri 100-150 min manat aralığında olan son model avtomobillərə əyləşdi”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib.

O qeyd edib ki, bahalı maşın sürənlərin çoxu yeni təyin edilən direktorlardır: pizza hut

"Bunların əmək fəaliyyətinə başladığı dövrü araşdırdım. Məlum oldu ki, bəziləri 6, bəzilərisə 10 ildir ki, direktor vəzifəsini icra edir. Aylıq 2000-2500 manatla bu avtomobilləri əldə etmək utopik səslənir.

Ekspert nazirliyə də təklif irəli sürüb: 

"Elm və Təhsil Nazirliyi təhsilverənlərin ardınca mütləq direktorların sertifikasiyasını həyata keçirməlidir”. \AZXEBER.COM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HÖRMƏTLİ ELÇİN ƏFƏNDİ SALAM. TAMAMİLƏ DOĞRU DEYİRSİNİZ. O DİREKTORLARIN ƏKSƏRİYYƏTİ MİSİRİN DÖVRÜNDƏ MƏKTƏBLƏRƏ YERLƏŞDİRİLƏN SAVADI OLMAYAN , ADAMI , PULU OLAN EYNİ BÖLGƏNİN RÜŞVƏTƏ MEYİLLİ OLANLARDIR. ONLARIN ÇOXU SERTİFİKASİYADAN KEÇƏ BİLMƏZ.
    12 months ago