Məktəb direktoru faciəvi şəkildə öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktoru faciəvi şəkildə öldü - Foto

Hadisə

22 Noyabr 2024 19:32 1189


Bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib. Marqarita pizza

Əldə etdiyimiz məlumata görə, qəzada həlak olan Əldursun İsayev İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!