Yaponiyada bir məktəb direktoru kofe alarkən dəfələrlə az pul ödəməkdə təqsirləndirilib və işdən qovulub.
Yenisabah.az xəbər verir ki, Takasaqo şəhərindəki orta məktəbin 59 yaşlı direktoru ticarət mağazasında avtomatik qəhvə maşını istifadə edərkən yaxalanıb. O hər dəfə özü üçün böyük ölçülü qəhvə alsa da, adi ölçülü qəhvənin pulunu ödəyirmiş.
Nəticədə direktoru təqribən 20 milyon yen (133 min ABŞ dolları) dəyərində təqaüdünü ala bilməyəcək. pizza
Mağaza sahibi hadisədən xəbərdar olsa da, direktor haqda heç bir ittiham irəli sürməyib, lakin iş məktəbə çatıb və məsələ böyüyüb. Direktor Təhsil Şurasında sorğu-sual edilib, o, 7 dəfə qəhvə üçün az pul ödədiyini etiraf edib.
Şura direktorun hərəkətinin "təhsilli dövlət qulluqçusu"na yaraşmadığını bildirərək onu işdən qovub.
Əsmətxanım
Telegram kanalımız