Məktəb direktoruna cinayət işi başlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktoruna cinayət işi başlanıldı 

Maraqlı

05 İyul 2023 15:00 1413


Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Pepperoni pizza

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!