Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ

Sosial

31 İyul 2025 15:05 1121


Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

“Yeni Sabah”ın Modern.az-a istinadən məlumatına görə, onun müəllimlərə qarşı uyğunsuz davrandığı bildirilib.

Ona məxsus olduğu iddia edilən səs yazısında direktor müəllimləri təhqir edib. Toyuqlu pizza

Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.

Qeyd olunub ki, Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - açıqlamada bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NƏ QƏDƏR Kİ MƏKTƏBLƏRƏ SAVADSIZ, ŞAGİRDLƏRİN NÜFUZUNU QAZANMAYAN PULLU QADINLAR RƏHBƏRLİK EDƏCƏKLƏR TƏHSİLİMİZ AŞAĞI SƏVİYYƏDƏ OLACAQ.
    10 months ago