“Məktəb ləvazimatı“nda pirotexnika açkarlandı

saytların hazırlanması

Evə çatdırılma

“Məktəb ləvazimatı“nda pirotexnika açkarlandı

Kriminal

27 Dekabr 2021 14:42 861


Zaqatalada pirotexniki vasitələr satan şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, “Bazar” adlanan ərazidə məktəb ləvazimatları mağazasında pirotexniki vasitələrin gizli şəkildə satılması barədə polisə məlumat daxil olub.

Obyektə keçirilən baxış zamanı oradan külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb. Mağazanı işlədən Aqşin Əsədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!