“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” -   ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ

Sosial

12 Mart 2026 08:35 5731


“Ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir. Dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. Bu istismardır. Həm şagirdi, həm də valideyni!”

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə təhsil eksperti Elçin Əfəndiyev çıxış edib. O, bildirib ki, 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır:

“Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkin təhsili qaytarın məktəbə! Toyuqlu pizza

Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına baxın.

Təhsili məktəbə qaytarın! Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir.

Fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fənn üzrə qəbul aparılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır. Martdan başlayan proses sentyabr ayında güclə başa çatır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sərvinaz
    Cox vacib meseleye toxunmusuz cenab.InseAllah fikriniz nəzərə alinar.O qeder vacib meseledir ki..Menim 2-ci sinifde,ve bu il 11 ci sinifi bitirən ovladlarim var.Coox cetindir.Elave repirititorlarla hazirlassa da çatdıra bilmir.Kicik övladımin bele elave hazirliga ehtiyacı var.Hercend qoymamisam.Cunki boyuk ovladima bele catdira bilmirəm.Cox acinacaqli vəziyyətdir.Bu cetin zamanda bu qeder xərc, valideynlər üçün çox çətindir
    2 months ago
  • Aziz
    Bilirsiniz ,bu gun hazirliqlar sanki bir deb halini alib.Ucqar kend mektebində 9- illiyi 3 lə bitirib helirler rayon məktəblərinə və təməli olmayan ,yoxlasan hec vurma cedvelin gucle belkede heç bilmeyen şagirdi valideyn birden biə 5 hfendən hazirliqa gondərir.Özlərinidə inandirilar ki 2 il ərzinde bu artiq qəbula hazir olacaq.Sonda isə neticeden məyus qalirlar.
    2 months ago
  • Sahilə
    Çox doğru fikirdir.şagirdləri məhvə doğru aparır indiki təhsil sistemi.uşaqlar boşu boşuna məktəbə getmək məcburiyyətindədirlər. Halbu ki uşaqların bir neçəsi belə dərsə gəlməsə müəllim həmin sinfə dərs keçmir, sinifə girmir Bəs mənim uşağımın günahı nədir ki 6saat quru stol arxasında boş boşuna oturmalıdır. Çox mövzuya toxunmaq olar.
    2 months ago
  • Murad
    Prezident İlham Əliyevdən xahiş edirəm ki, Təhsil nazirini və DİM sədrini vəzifədən azad etsin. Bir xahişim də budur ki, doktoranturada xarici dil imtahanı sadələşdirilib, A2 səviyyəsinə endirilsin.
    2 months ago