Məktəbdə baş verən partlayışla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə baş verən partlayışla bağlı açıqlama

Sosial

09 Yanvar 2020 19:07 1324


Yevlax Şəhər Təhsil Şöbəsi Yevlaxdakı 1 saylı orta məktəbin qazanxanasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə - 5 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir. Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb. /APA Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!