Məktəbdə biabırçılıq –   Şagird dərsdə canlı yayım açdı, söyüş söydü + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə biabırçılıq – Şagird dərsdə canlı yayım açdı, söyüş söydü + VİDEO

Sosial

17 Sentyabr 2025 10:48 33522


Tərtər rayonunda narahatlıq doğuran hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, rayonun 2 saylı orta məktəbində təhsil alan Ömər adlı şagird dərs zamanı mobil telefon vasitəsilə “TikTok” sosial şəbəkəsində canlı yayım açıb.

Eyni zamanda, şagird canlı yayım zamanı söyüşlü ifadələr işlədib. Görüntülərdən uşağın azyaşlı olduğu məlumdur. Canlı yayımda o, parta yoldaşının dərsə qulaq asmasına da mane olur və bunu izləyicilərə göstərir. Sezar pizza

Bu hal canlı yayıma qoşulan izləyicilərin də diqqətindən yayınmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hər kəs valideynlərin və məktəb rəhbərliyinin şagirdlərin sosial şəbəkələrdən istifadəsinə nəzarəti artırmasının vacibliyi vurğulayıb.

Qeyd edək ki, bu kimi hallar təkcə məktəb nizam-intizamına deyil, həm də uşaqların gələcək tərbiyəsinə mənfi təsir göstərir. Bu səbəbdən həm məktəb, həm də ailə daxilində maarifləndirici tədbirlərin görülməsi zəruridir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sabir
    Bizim zamanda məktəbdə telefon nəmidibaparsınlar on onbirinci siniflər qorxa qorxa işlədirdilər indiki təhsilin inkşafı bududa bu hələ harasıdır Misir Mərdanovu bəyənmədilər indi təhsil bozbaşa dönüb əlimizdın tutub yazı yazmaqı öyrədirdilər indiki birinci sifif şagirdi saymaq oxumaqı bilmılidir çox təəsüflər olsun belə zamana belə insanların əlinə düşdü təhsil
    8 months ago
  • Sevinc Hüseynova
    Xəyanət serialında ər arvada, arvad ərinə olmazın təhqir yağdırır və buna da bütün ölkə baxır, uşaqdan tutmuş böyüyəcək! Əlbəttə uşaq söyüş söyəcək!
    8 months ago