Məktəblərdə “həyəcan” düyməsi olacaq -   Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə “həyəcan” düyməsi olacaq - Yeni qərar

Sosial

05 Dekabr 2019 18:27 1183


Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə” qərar qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, qərara əsasən dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.

Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırmaqla, dövlət ümumi təhsil müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün Azərbaycan Respublikasının dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etməlidir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!