Məktəblərdə smartfon istifadəsi qadağan edildi - Bu tarixdən sonra...

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə smartfon istifadəsi qadağan edildi - Bu tarixdən sonra...

Dünya

15 Mart 2025 09:49 316


İsveç hökuməti ölkədəki ibtidai və orta məktəblərdə smartfonlardan istifadəni qadağan etmək qərarına gəlib. İsveçin Təhsil Naziri Lotta Edholm bu qərarın bütün ölkə üzrə tətbiq olunacağını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, nazirin sözlərinə görə, aparılan elmi araşdırmalar göstərir ki, şagirdlər dərs zamanı smartfon olmadan daha yaxşı nəticə göstərirlər. O bildirib ki, mobil telefonlar dərs prosesində şagirdlərin diqqətini yayındırır və onların imtahan nəticələrinə mənfi təsir göstərir.

Qaydalara əsasən, şagirdlər sinfə girmədən öncə telefonlarını xüsusi qutulara yerləşdirərək bağlanmış şəkildə saxlamalı olacaqlar. Müəllimlər də dərs müddətində telefonlarını özləri üçün müəyyən etdikləri bir yerdə saxlamalıdırlar. Dördpendirli pizza

Yeni qaydanın 1 iyul 2026-cı ildən qüvvəyə minəcəyi elan edilib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!