Məktəblərdə tətil mayın 31-dək davam edəcək? - Rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə tətil mayın 31-dək davam edəcək? - Rəsmi cavab

Sosial

17 Mart 2020 13:25 1042


Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb:

"Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Toyuqlu pizza

Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!