Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA

Sosial

16 May 2025 13:21 46042


“Azərbaycanda insan alverinə qarşı mübarizədə DİN tərəfindən çox ciddi intensiv fəaliyyət həyata keçirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, insan alveri ilə bağlı sahə artıq kibercinayətkarlıq səviyyəsində artıb, buna nəzarət mexanizmi də xeyli çətinləşib: “Hesab edirəm ki, Azərbaycanda əsasən bunun öhdəsindən gəlinə bilir”. pizza mizza

Komitə sədri qeyd edib ki, dövlətin nəzarətindən kənarda harda dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir: “İnanclarına görə insanlar dini təhsil ala bilər, amma bunu mütləq dövlətin nəzarəti altında olan müəssisələrdə edə bilər. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir, bunun üçün müraciət olunsa, bu cür cinayətlər də insan alveri kimi qiymətləndirməlidir”.

Deputat həmçinin deyib ki, Azərbaycanda məktəblərdə buraxılış sinifləri aprel, may aylarından imtahanları verib bitirib: “Amma biz dərsi iyunun 15-nə kimi uzatmışıq. Kim bundan sonra dərsə gedər? Uşaqları xaricdə təhsilə, xaricdə dini təhsilə yönəltməmək üçün bu məsələlərə diqqət etməliyik”.

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hikmət
    Dərslərin may ayında bitməsi Cox əlverişli təklifdir.Əvvəlki dövrlərdə may ayında bitib sentyabr ayında başlaması həm uşaqlar üçün rahatcılıq olurdu həmdə valideyinlər üçün.Nəzərə alınsa yaxşı olar.
    12 months ago
  • Gunəş
    Bəli dərslərin 14 iyuna qeder uzanmasi faydasizdir!Havalar cox isti şagirdlər yorğun olur.Hələ modul tipli məktəblərdə siniflər cox isti olur şagirdlər cox əziyyət cəkir.
    12 months ago
  • Ümid
    Duz deyilir sentyabrın 1 den başlasa daha yaxşı olar. Mayında axri bitsin. Sentyabrdan kesib iyuna veribler.isti havada neye lazimdi. Birde məktəblərdə maariflendirici dersler, dinin esil haqları haqqında danışılsa mene ele gelir ovladlarimizda vəhşi yox insan kimi boyuyerler
    12 months ago
  • Emin
    Kayfadsızz qoyun heç olmasa imtahanan sora rahat dərsə gedəydə
    12 months ago
  • Əlixan
    Mən şagird olaraq bsq lərin yıgişdırılmasını istəyirəm.Cunki zəif yığanda bütün tətilin məhv olur.İyundan sonrada məktəbə gedən adam olmayacaq ona görədə məncə may ayının sonu metebler qurtarmalıdır?!
    12 months ago
  • RAHİM
    FAZİL BƏY DÜZ DEYİR. ONSUZ DA MƏKTƏBLƏRDƏ 9- CU SİNİFDƏN SONRA ŞAGİRDLƏR MƏKTƏBƏ YOX, HAZIRLIĞA GEDİRLƏR. MÜƏLLİMLƏR TƏYİN EDİLƏN DEPUTATLAR KİMİ MÜFTƏ MAAŞ ALIRLAR. MÜFTƏ MƏVACİB ALIRLAR.
    12 months ago