Məktəblərin bağlanması müəllimlərin əmək haqqına təsir edəcək? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərin bağlanması müəllimlərin əmək haqqına təsir edəcək? - Açıqlama

Sosial

02 Mart 2020 18:40 8108


Tanınmış təhsil ekspreti Kamran Əsədov müəllimlərin əmək haqqı ilə bağlı açıqlama verib. "Yeni Sabah" xəbər verir ki, o məktəblərin 1 həftəlik bağlanmasının müəllimlərin maaşına təsir etməyəcəyini deyib. "Bağça, məktəb, peşə məktəbi, kollec, universitetlərdə 3-9 martda dərslərin təxirə salınması şagirdlərə, tələbələrə, müəllimlərə, orada çalışan bütün texniki, inzibati və yardımçı işçilərə şamil olunur. Yəni bütün növ təhsil müəssisələrində tədris, təlim və iş prosesi təxirə salınır. Amma işçilərin əmək haqqının ödənilməsində dəyişiklik nəzərdə tutulmur". Təhsil eksperti həmçinin qeyd edib ki, təxirə salınan dərslər yay tətilini təsir etməyəcək: "Əgər tətil müddəti 15 günü keçsə, uzaldılmalıdır. Əks halda tədris müddəti uzadılmır"
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!