Məktəbli formaları necə olacaq? - Nazirlikdə müzakirə

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli formaları necə olacaq? - Nazirlikdə müzakirə

Sosial

11 Fevral 2020 08:37 1477


Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. 

"Yeni Sabah" xəbər verir ki, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər.

Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin  vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib. pizza hut

Həmçinin ictimai rəyə çıxarılan vahid məktəbli formalarının  təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib.

Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.

Tədbirdə  məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin  işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması  təklif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!