Məktəbli formalarının tikilişi dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli formalarının tikilişi dayandırıldı

Sosial

17 İyun 2020 15:42 1291


Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb.

Yenisabah.az bildirir ki, bu barədə Oxu.az-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində pandemiya ilə əlaqədar tədris müəssisələrinin bağlanması səbəbindən 2020-2021-ci tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb:

“Təhsil müəssisələrinin nə zaman fəaliyyətə başlayacağı bəlli deyil. Buna baxmayaraq, kifayət qədər hazır məktəbli formamız var. Eyni zamanda, zəruri həcmdə material və ləvazimat ehtiyatımız mövcuddur. Ehtiyac yaranarsa, məktəbli formalarının tikilməsi bərpa oluna bilər”. pizza

Xatırladaq ki, mövzu ilə əlaqədar ilk xəbəri Cebhe.info saytı yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!