Rusiyanın paytaxtı Moskvada növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən “Yeni Sabah”a daxil olan məlumata görə, Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.
Məlumatda bildirilib ki, informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər. pizza hut
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıblar.
Qeyd edək ki, məktəblilərimiz ümumilikdə 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.
Telegram kanalımız