Məktəblilərimiz riyaziyyat olimpiadasında 6 medal qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərimiz riyaziyyat olimpiadasında 6 medal qazanıblar

Sosial

25 İyun 2019 09:23 1115


Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 

“Yeni Sabah” xəbər verir ki, Təhsil Nazirliyinin  tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Toğrul Abbasov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov  gümüş medala layiq görülüblər.

Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Amin Cəfərzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə və nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı isə bürünc medal qazanıb. Pepperoni pizza

Beləliklə, şagirdlərimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasından 2 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!