Məktəblilərimiz Riyaziyyat Olimpiadasında uğur qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərimiz Riyaziyyat Olimpiadasında uğur qazanıblar

Sosial

24 Mart 2019 14:39 1142


Rusiyanın Maykop şəhərində məktəblilərin Qafqaz Riyaziyyat Olimpiadası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Bolqarıstan, Rumıniya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan yuxarı sinif şagirdlərinin bilik və bacarıqlarını nümayiş etdirdiyi olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev II Diploma və  gümüş medala, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə III Diploma və bürünc medala layiq görülüblər. Murad Ağazadəyə həmçinin təqdim olunan tapşırıqlardan birini bütün iştirakçılardan fərqli və original həll etdiyi üçün olimpiadanın təşkilatçıları tərəfindən xüsusi sertifikat verilib.

Liseyin 10-cu sinif şagirdi Rəşad Musayev isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!