Məktəblilərin payız tətilinə sayılı günlər qaldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərin payız tətilinə sayılı günlər qaldı

Sosial

14 Noyabr 2025 10:05 2130


Bazar ertəsi, noyabrın 17-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

"Yeni Sabah" xəbər verir ki, tətil 17-21 noyabr tarixlərini əhatə edəcək.

22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq. pizza hut

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

Payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!