Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Sosial

13 Yanvar 2020 13:49 1116


Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.

"Yeni Sabah" oxu.az-a istinadən xəbər verir ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq. pizza mizza

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. .


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!