Melaniya Baydeninin oğunu təzminatla hədələyir

saytların hazırlanması

Evə çatdırılma

Melaniya Baydeninin oğunu təzminatla hədələyir

Dünya

14 Avqust 2025 14:23 248


Melaniya Tramp Co Baydenin oğlu Hanterə məktub göndərərək onu 1 milyard dollarlıq məhkəmə iddiası qaldıracağı ilə hədələyib.

Yenisabah.az foxnews-a istinadla xəbər verir ki, birinci xanım Cefri Epşteynlə münasibətə dair “böhtan xarakterli bəyanatlar”a qəzəblənib.

Avqustun əvvəlində Bayden bildirib ki, azyaşlıları zorlamaqda ittiham olunan amerikalı maliyyəçi Epşteyn hazırkı prezidenti gələcək xanımı Melaniya ilə tanış edib. pizza

Eks-prezidentin oğlu təkzib tələbini yerinə yetirməsə, birinci xanımın məhkəməyə müraciət etməkdən və 1 milyard dollar təzminat tələb etməkdən başqa çarəsi qalmayacaq.

Bayden göstərilən müddətə qədər - avqustun 7-dək şərtlərə əməl etməyib.

Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbs oluub və həbsxana kamerasında intihar edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!