Melaniya Tramp öz təşkilatını yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Melaniya Tramp öz təşkilatını yaratdı

Dünya

13 Fevral 2021 08:55 764


ABŞ-ın 45-ci prezidenti Donald Trampın xanımı yeni təşkilat – “Melaniya Trampın ofisi”ni yaratdığını bəyan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun yaratdığı təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

“Melaniya Tramp “Melaniya Trampın ofisi”nin açılışını elan edir”, - deyə təşkilatın “Twitter” hesabındakı ilk paylaşımda qeyd olunub. ABŞ-ın keçmiş birinci xanımı həmin paylaşımı özünün “Twitter” səhifəsində də yerləşdirib. Dominos pizza

“CNN” telekanalının məlumatına görə, “Melaniya Trampın ofisi” uşaqlara kömək məqsədi daşıyacaq və uşaqların sağlamlığı, rifahı və onların internetdə təhlükəsizliyi mövzularına köklənən “Be Best” (“Ən yaxşı olun”) məlumat xarakterli təşəbbüsünün davamı olacaq. (APA)

Təşkilatın qərargahı Florida ştatının Palm-Biç şəhərində yerləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!