Mələkxanımın gəlininin vəziyyəti yenidən pisləşib? - FOTO/VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mələkxanımın gəlininin vəziyyəti yenidən pisləşib? - FOTO/VİDEO

Şou

09 Avqust 2023 16:19 1564


Xalq artisti Mələkxanım Eyyubovanın gəlini Səadətin vəziyyəti yenidən ağırlaşıb.

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçinın oğlu Cəfər xəstəxanada çəkiliş aparıb.

Səadət yayımladığı kadrlara "Müayinə üçün getmişdik. Dedilər, bir az yorulmusan, yat, mən də yatdım" şərhi ilə videonu paylaşıb. pizza mizza

Sözügedən videonu öz səhifəsində "repost" edən Cəfər "Yenə başladın bizi qorxutmağa" şərhini yazıb.

Mələkxanım Eyyubova paylaşımdan bixəbər olduğunu və oğlu Cəfərlə əlaqə saxlayacağını deyib, dəstəyi asıb. Daha sonra Xalq artisti növbəti telefon zənglərini cavabsız qoyub.

Qeyd edək ki, aprel ayında Mələkxanımın gəlini Səadətin səhhəti gözlənilmədən ağırlaşıb. Böyrək çatışmazlığından əziyyət çəkən gəlin bir müddət xəstəxanada qalaraq müalicə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!