Məleykə Abbaszadə: “Dövlət qulluğu sahəsində islahatlar həyata keçirilir”

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadə: “Dövlət qulluğu sahəsində islahatlar həyata keçirilir”

Maraqlı

20 Dekabr 2022 10:12 971


“Ölkəmizdə gənclərlə iş, məşğulluq, dövlət qulluğu və təhsil sahələrində bir sıra məqsədyönlü islahatlar həyata keçirilməkdədir”.

Yenisabaha.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, minlərlə gəncin nüfuzlu xarici universitetlərdə təhsil almasını nəzərdə tutan dövlət proqramı bu tədbirlərdən yalnız biridir. Sezar pizza

M.Abbaszadə həmçinin bildirib ki, Azərbaycanda gənc idarəçi kadrların bankının yaradılması məqsədilə təşkil olunmuş “Yüksəliş” müsabiqəsini və qaliblər üçün mentorluq proqramlarının təşkilini bu istiqamətdə aparılan siyasətin növbəti mərhələsi hesab etmək olar:

“Gənc idarəçilərin kadr bankının formalaşdırılması müasir standartlara uyğun yetişmiş insan resurslarının mövcud idarəetmə sisteminə məqsədyönlü və dəqiq inteqrasiyası məqsədi daşıyır. Bu kimi tədbirlər idarəetmə mühitinin və kadr münasibətlərinin müasirləşməsinə səbəb olacaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!