Xalq artisti Məleykə Əsədova Niyaməddin Musayevin xəstəxanaya aparılmasından danışıb.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Əsədova onun ağır formada aparıldığını qeyd edib:
"30 illik sənət dostum, sənətkar, həqiqi insan, əsil dost Niyaməddin Musayev 5 gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasına Covid-19 xəstəliyi ilə ağır formada yerləş̧dirilib. Çox şükür, göydə Allahın, yerdə həkimlərin köməkliyi ilə Niyaməddin Musayev dünəndən özünü yaxşı hiss etməyə başlayıb. Sənətkar, tez sağal. Birlikdə verilişlərdə iştirak etməliyik. Allah Niyaməddin müəllimin simasında bütün sənətkarlarımızı qorusun. Özümüzü və yaxınlarımızı qoruyaq. Xəstə olanda evi tərk etməyək. Qaydalara tabe olaq. Hər bir qayda bizim sağlamlığımız üçündür”. pizza mizza
Telegram kanalımız