Məleykə Əsədova yayılan videosu haqda: “Montaj ediblər”

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Əsədova yayılan videosu haqda: “Montaj ediblər”

Şou

30 Oktyabr 2021 19:43 2937


Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan videoya etiraz edib.

Yenisabah.az xəbər verir ki, aktrisa "7 Canlı" proqramında dediyi şeirin montaj edilərək, başqa səs salındığını bildirib.

Bu isə Əsədovanı özündən çıxarıb. Açıqlama yayan aktrisa "Videoda "yox" sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini video ilə montaj edib. Bu, həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr də bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?" sözlərini söyləyib. pizza hut

Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin "Kimdir mənim düşmənim?" şeirini səsləndirib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!