Meloni “İnter”i təbrik etmədi

saytların hazırlanması

Evə çatdırılma

Meloni “İnter”i təbrik etmədi

İdman

07 May 2025 14:08 448


İtaliyanın baş naziri Corca Meloni “İnter”i Çempionlar Liqasında finala çıxması münasibəti ilə təbrik etməyib.

Yenisabah.az xəbər verir ki, azarkeşlər onun bu hərəkətini kəskin tənqid ediblər.

Bu, “İnter”in Meloni hakimiyyəti dövrünə çıxdığı 2-ci Çempionlar Liqası finalıdır. 48 yaşlı baş nazir 2023-cü ildə də milanlıları təbrik etməmişdi. Sezar pizza

Tarixi boyu solçu ənənələri ilə tanınan “İnter” klubu, “Milan” və “Yuventus”dan fərqli olaraq, İtaliya elitsında sevilmir. Fələstin məsələsində açıq mövqe ortaya qoyan “mavi-qaralar” bir vaxtlar Cənubi Amerikadakı “zapatistalar”a dəstəyi ilə tanınırdı.

Özünü təkcə İtaliyanın deyil, bütün dünyadakı futbol azarkeşlərinin komandası kimi görən “İnter”, ölkəsinin Avropadakı ən titullu 2-ci klubudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!