Məmmədəli Ağayev ömrünün 10 ilini həbsdə keçirə bilər

saytların hazırlanması

Evə çatdırılma

Məmmədəli Ağayev ömrünün 10 ilini həbsdə keçirə bilər

Dünya

29 Avqust 2025 14:14 727


Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevə 20 milyon rubl dələduzluq işi üzrə ittiham elan olunub.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə TASS-a Moskva Prokurorluğu məlumat yayıb.

Ağayev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Sezar pizza

Satira Teatrının keçmiş direktorunun həbsi üçün vəsatət verilib.

Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub. Ağayevi 10 ilədək həbs və 1 milyon rubla qədər cərimə gözləyir.

M. Ağayev 40 ildən artıq Akademik Satira Teatrında çalışıb, 1992-2021-ci illərdə onun direktoru olub.

O, 2021-ci il dekabrın 30-da öz xahişi ilə vəzifəsini tərk edib. Bu, Moskva Mədəniyyət Departamentinin Armen Ciqarxanyanın Moskva Dram Teatrının yenidən təşkili çərçivəsində Satira Teatrına birləşdirilməsi barədə göstərişindən az sonra baş verib.

Ağayev Rusiyanın əməkdar mədəniyyət işçisi və əməkdar artisti fəxri adlarına malikdir. Teatr işində və milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə Moskva hökumətinin və Rusiya prezidentinin fəxri diplomu, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Rusiya və Azərbaycan "Dostluq" ordeni ilə mükafatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!