Məmmədəmin Rəsulzadə küçəsinin adı dəyişdirilib?

saytların hazırlanması

Evə çatdırılma

Məmmədəmin Rəsulzadə küçəsinin adı dəyişdirilib?

Sosial

16 Avqust 2019 13:10 1825


Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürülməsi barədə məlumat yayılıb.

Yusif Süleymanov adlı istifadəçi İnternetdə yazıb ki, küçəyə uzun illər SSRİ Dövlət Planına rəhbərlik edən bakılı Nikolay Baybakovun adı verilib.

Öz növbəsində, Sabunçu rayon icra hakimiyyətindən Turan-ın sorğusuna birbaşa cavab verilməyib. pizza hut

"Küçələrin adlarının dəyişdirilməsi məsələsi Nazirlər Kabinetinin səlahiyyətindədir", deyə rayon icra hakimiyyətindən bildiriblər.

Nazirlər Kabinetinin mətbuat xidmətindən küçənin adının dəyişdirilməsi haqqında məlumatı əsassız adlandırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!