Məmmədyarov Martirosyanla üz-üzə

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov Martirosyanla üz-üzə

İdman

18 İyul 2021 10:05 1216


Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Yenisabah.az xəbər verir ki, dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə mübarizə aparacaqlar.

Qadın şahmatçılarımız - Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda üz-üzə gələcəklər. Oyunlar bu gün keçiriləcək. Sezar pizza

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!