Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

İdman

14 Yanvar 2021 22:57 892


Şahmat üzrə “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb.

İştirakçılardan ikisi Azərbaycan şahmatçısıdır. Bunlar Şəhriyar Məmmədyarovla (2770)  Teymur Rəcəbovdur (2765). Yalnız ABŞ və Rusiya ölkəmizlə eyni sayda təmsilçiyə malikdir. Dominos pizza

Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) ilə Aleksandr Qrişuk (2777) qonşularımızı təmsil edəcək. Turda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Giri (Niderland, 2764) və son turnirlərdə Teymurun “qapazaltı”sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) mübarizə aparacaq.

Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək:

1. 3-15 iyun. Buxarest (Rumıniya). “Superbet Chess Classic”

2. 16-23 iyun. Paris (Fransa). “Paris Rapid & Blitz”

3. 5-12 iyul. Zaqreb (Xorvatiya). “Croatia Rapid & Blitz”

4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). “St Louis Rapid & Blitz”

5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). “Sinquefield Cup”   /Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!