“Məmnun olmalıyıq” - Millimizin sabiq baş məşqçisi topladığı 1 xalı uğur saydı

saytların hazırlanması

Evə çatdırılma

“Məmnun olmalıyıq” - Millimizin sabiq baş məşqçisi topladığı 1 xalı uğur saydı

İdman

03 Fevral 2020 13:35 1221


"Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi. Əla şəhərdə - Bakıda yaşayırdım. Avro-2020-nin seçmə mərhələsində əlverişsiz rəqib idik. Qrupda daha çox xal toplaya bilərdik".

“Yeni Sabah” xəbər verir ki, bunu Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibəsində söyləyib. 54 yaşlı mütəxəssis yığmadakı fəaliyyəti zamanı uğursuz olmadığını bildirib:

"Çempionat baxımından 8 komanda və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Fikrimcə, o cür vəziyyətdə sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz “oğurlandı”. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi".  pizza mizza

Qeyd edək ki, Nikola Yurçeviçin rəhbərliyi altında Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub. O, ötən ilin dekabrında istefaya göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!