“Məmur maaşı ilə lüks villaları hansı pulla almısınız?” – Politoloqdan Mehdiyevə sual

saytların hazırlanması

Evə çatdırılma

“Məmur maaşı ilə lüks villaları hansı pulla almısınız?” – Politoloqdan Mehdiyevə sual

Siyasət

26 Avqust 2020 10:48 2264


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev nəvəsinin toyu ilə bağlı yaşanan qalmaqal çərçivəsində onu tənqid edənləri məhkəmə ilə hədələyib. 

Yenisabah.az xəbər verir ki, Ramiz Mehdiyevin hədələdiyi şəxslə arasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da var. 

Elxan Şahinoğlu AMEA prezidentini Rusiyaya yaxın şəxs kimi xarakterizə etmişdi. Politoloq Ramiz Mehdiyevin fikirlərinə cavab olaraq bildirib ki, bu qənaətə gəlməsi akademikin Rusiya ilə strateji münasibətlər haqqında yazılarıdır.   pizza sifarişi

“Cənab Mehdiyev, Ermənistana tonlarla hərbi texnika daşıyan Rusiya ilə strateji münasibətlər haqqında neçə-neçə yazınızı oxumuşam. Azərbaycanda siyasi islahatları tormozlayan fiqur olmusuz. İrəli sürdüyünüz kadrların rayonlarda hansı oyunlardan çıxdığı göz qabağındadır, icra başçılarının rüşvətlərini yığıb-yığışdırmaq olmur. 

Yeri gəlmişkən, məmur maaşı ilə Novxanıda lüks villaları hansı pulla alınması da maraqlıdır. Bir də ki, dövlətçi olduğunu iddia edən məmur toy biabırçılığından (oxu: qanunsuzluğundan) sonra dövlətinin adına zərər gəlməsin deyə özü istefa verərdi. Siz isə Elmlər Akademiyasının saytından öz şəxsi məqsədləriniz üçün istifadə edirsiniz. Deyəsən dövrünüzün bitməsiylə barışa bilmirsiniz, ancaq Sizin eranız bitib”, - deyə politoloq bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!