“Məmurlar həyatları üçün narahat olmalıdırlar“ - İstənilən iranlını öldürmək gücündədir

saytların hazırlanması

Evə çatdırılma

“Məmurlar həyatları üçün narahat olmalıdırlar“ - İstənilən iranlını öldürmək gücündədir

Rəsmi

29 İyun 2021 16:08 955


“Son 10 ildə "Mossad"ın ölkənin fərqli bölgələrinə sızması o qədər böyükdür ki, İslam Respublikasının bütün məmurları həyatları üçün narahat olmalıdırlar”.

Yenisabah.az “Jamaran News”a istinadla xəbər verir ki, bunu İran Kəşfiyyat Nazirliyinin (“Ettelaat”) keçmiş rəhbəri Əli Yunesi bildirib.

Onun sözlərinə görə, İslam Respublikasının məxfi xidmətləri son dövrdə, İsrail başda olmaqla, xarici kəşfiyyatların təsirinə laqeyd qalıb. “Son 10 ildə, təəssüf ki, “Mossad”ın ölkənin müxtəlif bölgələrində təsiri elə böyükdür ki, İslam Respublikasının bütün məmurları öz həyatları üçün narahat olmalıdırlar. Bu sızmaları müəyyənləşdirmək əvəzinə, təhlükəsizlik və kəşfiyyat qurumları orqanları özününküləri bada verir. “Mossad”ın fəaliyyətinə laqeydlik onun ölkəyə geniş sızmasına və cürətli həmlələrinə səbəb olub. Hətta İslam Respublikası rəsmilərini açıq şəkildə təhdid etmə dərəcəsində”. pizza mizza

Əli Yunesi əlavə edib: “Kəşfiyyat Nazirliyində çalışmış bir şəxs kimi mənim üçün bu, çox əzabvericidir. Zəmanəmizdə və bizdən əvvəl “Mossad”ın belə bir təsir yox idi və “filan iş İsrailin əməlidir” deyilmirdi. Ancaq bizdən sonra kəşfiyyat xidmətlərinin rəqabəti, Kəşfiyyat Nazirliyində paralel fəaliyyət və Kəşfiyyat Nazirliyinə paralel qurumlar yaradılması ucbatından “Ettelaat” zəifləyib. Sızmalara qarşı mübarizə aparmaq əvəzinə, Kəşfiyyat Nazirliyi bu yeni, paralel təşkilatlara nüfuz etməyə və onlarla mübarizə aparmağa başlayıb. Odur ki, bu gün baş verən hər şeyə görə narahat olma haqqımız var. Keçmişə qayıtmalı, paralel fəaliyyətə və rəqabətə son qoymalı, xidməti hər şeydən üstün tutmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!