Azərbaycan rusiyalı məmurların daşınmaz əmlak aldıqları 75 ölkədən biridir.
"Yeni Sabah" bildirir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Məlumata görə, rusiyalı məmurların təqdim etdiyi 277 194 əmlak bəyannaməsi analiz edilib və onların 75 ölkədə 6007 daşınmaz əmlakı tapılıb. Sezar pizza
Maraqlıdır ki, siyahıda rusiyalı məmurların adına Azərbaycanda 5 daşınmaz əmlak aşkar olunub. Bu əmlakların 2-si məmurların şəxsi mülkiyyəti, 3 əmlak isə Rusiya dövləti tərəfindən müvəqqəti istifadəyə verilib. Siyahıdakı əmlak sahibləri daha çox Rusiyanın ayrı-ayrı ölkələrdəki ticarət nümayəndələridir. Ən çox daşınmaz əmlak Qazaxıstanda (688), Ermənistanda (624), Belarusda (573), Tacikistanda (559) və Bolqarıstanda (537) qeydiyyatdan keçib. /Modern.az
Telegram kanalımız