Məmurun kürəkəni karantin qaydalarını pozdu

saytların hazırlanması

Evə çatdırılma

Məmurun kürəkəni karantin qaydalarını pozdu

Kriminal

02 Dekabr 2020 07:19 1347


Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edən şəxslər aşkar olunaraq saxlanılıb.

“Report” xəbər verir ki, Kürdəmir rayon Sığırlı kənd inzibati ərazi dairəsinin icra nümayəndəsi Əmirov Eyyub Əmir oğlunun kürəkəni Zeynalov Davud Zakir oğlu qayınatasına arxalanaraq, karantin qaydalarını kobud şəkildə pozub və yaşadığı evdə anasına yas mərasimi təşkil edib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirilib, Zeynalov Davud və yas mərasimində iştirak edənlər saxlanılaraq polis şöbəsinə gətirilib. Dördpendirli pizza

Profilaktik söhbətlər aparıldıqdan sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!