Məmurun qadın idmançılarla bağlı sözləri qalmaqal yaratdı: “Allahın əmrinə qarşı çıxaraq...”

saytların hazırlanması

Evə çatdırılma

Məmurun qadın idmançılarla bağlı sözləri qalmaqal yaratdı: “Allahın əmrinə qarşı çıxaraq...”

İdman

15 Yanvar 2020 07:31 1499


Türkiyədə Düzcə Kaynaşlı Bələdiyyə Başqanı Birol Şahin qalmaqallı sözləri ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, məmur bu ölkənin qadınlardan ibarət voleybol yığmasının Avropa Olimpiya Təsnifat Turnirinin son oyununa çıxmamışdan öncə gərginlik yaradan paylaşım edib. O, idmançıların geyimini sərt tənqid edib və bədən xətlərini bildirən geyimlərin dində haram olduğunu yazıb:

“Allahın “geyimləriniz vücud xətlərinizi bəlli etməməlidir” əmrinə qarşı çıxaraq açıq-saçıq geyin, özünü göstər, sonra da Tokioya gedəcəksən deyə sevin. Dünya çempionu olsan, nə olacaq ki! Müsəlman qadın ədəb və həya sahibidir. Etdiyi hər işi Allah rızası üçün etməlidir. Dinimizə görə, qadınlar öz aralarında idman edə bilərlər, kişilərin hüzurunda yox! Bu, haramdır!” Toyuqlu pizza

Onun bu paylaşımı qalmaqal yaradıb. Xeyli sayda sosial şəbəkə izləyici paylaşıma görə məmuru tənqid edib. 

Xatırladaq ki, Türkiyə yığması Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi adını qazanmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Naibə



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!