Bir müddət əvvəl Xalq artisti Flora Kərimovanın yeni görüntüsü izləyiciləri təəccübləndirmişdi. Aşıq Mübariz Camaloğlunun sənətçi ilə birgə çəkdirdiyi şəkil sosial şəbəkələrdə xeyli müzakirə olundu.
Fotoda müğənninin üzündəki dəyişiklik izləyicilərin də gözündən qaçmayıb, hətta bəziləri 79 yaşlı sənətçinin səhhətində problem yarandığını iddia edib.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Flora Kərimova bir müddət əvvəl həqiqətən də səhhətində problem yarandığını etiraf edib: Sezar pizza
“Şükür, pis deyiləm. Qızım gəlib, sevdiklərimin, əzizlərimin əhatəsindəyəm. Səhhəttimdə problem var idi, düzdür. Həkimlər gəldilər, konsultasiya oldu, yaxşıdır hər şey. Ancaq həmin şəkil çəkilən gün mən səsyazma studiyasından çıxırdım, çox yorğun idim. Ağıllı qadın o gündə şəkil çəkdirməz (gülür). Lakin mən Aşıq Mübarizə heç cür “yox” deyə bilmədim. Hətta sonra yaxınlarım məni bir az danladılar ki, sən bilirsən bunu sosial şəbəkələrdə paylaşacaqlar, niyə çəkdirirsən? Bilirsiniz, mən artıq elə yaşdayam ki, necə görünməyim önəmli deyil, xalqıma mənim kim olmağım lazımlıdı, artıq 80 yaşım var. Bir qadın kimi xoşbəxtlikdən danışmaq mənim üçün artıqdır. Mənə ana, nənə, vətəndaş xoşbətliyi lazımdır, ona da nail olacağam, İnşallah”.
Xanım sənətçi yeni mahnılar yazdırdığını da bildirib:
“Qəşəng mahnılar gəlir. Studiyaya gedib gəlirəm. Yorulmuşdum, amma yazımdan çox məmnun idim. Allah qoysa, bazar ertəsi gedib qulaq asacağam. Yeni mahnılar mənim stilimə, enerjimə çox yaxındır. İki yeni mahnım var, onları da yazdıracağam”.
ƏSMƏTXANIM
Telegram kanalımız