“Mən bir siyasətçi kimi məhv oldum” – Erkin Qədirli

saytların hazırlanması

Evə çatdırılma

“Mən bir siyasətçi kimi məhv oldum” – Erkin Qədirli

Siyasət

20 Mart 2020 08:59 3979


“İsmayıl Cəlilova bu axşam verdiyim müsahibə tam bir rəzalət idi. Özümü siyasətçi saysaydım deyərdim ki, mən bir siyasətçi kimi məhv oldum”.

“Yeni Sabah” xəbər verir ki, bunu REAL Partiyasının  qurucu üzvü, millət vəkili Erkin Qədirli deyib. O, qeyd edib ki, özünü siyasətçi saymır, ona görə də bu işə başqa gözlə baxır və müsahibə verməyi bacarmır:

“Verdiyim müsahibələr arasında yaxşısı yoxdur. Nisbətən biri digərindən yaxşı ola bilər, amma özlüyündə yaxşısı yoxdur.  Sezar pizza

Bu, tutduğum mövqedən, dediyim sözdən asılı deyil. Heç bir mövzuda müsahibə verməyi bacarmıram. Bu illər ərzində jurnalistlərdən qaçmağım elə-belə deyildi. Bu gün Azadlıq Radiosuna da bir müsahibə verdim. O da çox pis alındı, arada qəzəbimi gizlədə bilmədim. 

İsmayıl Cəlilovun müsahibəsinə isə tükənmiş çıxmışdım. Nə isə, paylaşmaq istəmirəm. Baxmaq istəyən özü tapar. Baxanlardan üzr istəyirəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!