“Mən bölücü yox, birləşdirici Prezident olacağıma söz verirəm” - Bayden

saytların hazırlanması

Evə çatdırılma

“Mən bölücü yox, birləşdirici Prezident olacağıma söz verirəm” - Bayden

Dünya

08 Noyabr 2020 07:32 745


Mən bölücü yox, birləşdirici Prezident olacağıma söz verirəm. Biz Birləşmiş Ştatlara "mavilər" (demokratlar) və ya "qırmızılar" (respublikaçılar) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib. Respublikaçılar və demokratların əməkdaşlıq etməli olduğunu vurğulayan Bayden 74 milyon seçicinin ona səs verdiyini söyləyib.

Co Bayden ABŞ-ın dünyadakı nüfuzunu geri qaytaracağına söz verərək, amerikalıları birləşdirəcəyini deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibəti bəsləməməyə çağırıb. Pepperoni pizza

Bayden, həmçinin koronavirusla mübarizə tədbirlərindən də danışaraq, “Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik” – deyə vurğulayıb.

Bundan başqa, Bayden ABŞ-da irqçiliyin yox edilməsi üzərində işləməyə də söz verib. O qeyd edib ki, ölkənin yeni vitse-prezidenti olacaq Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!